Gəncədə bir ailənin 4 üzvünü avtomobil vurdu

Gəncədə bir ailənin 4 üzvünü avtomobil vurdu

Gəncədə ata, ana və övladlarını avtomobil vurub.


Oxu.Az APA-nın qərb bürosuna istinadan xəbər verir ki, hadisə şəhərin heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 34 yaşlı Əziz Tanrıverdiyev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidindən keçmək istəyən 28 yaşlı Elxan Binnətovu, onun həyat yoldaşı 26 yaşlı Aygül Adıgözəlova və övladları 6 yaşlı Validə ilə 7 yaşlı İsraili vurub.


Xəsarət alanlar dərhal Gəncə şəhər Təcili Tİbbi Yardm xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Aygül Adıgözəlovanın vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə normaldır.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

0
10