PKK terrorçuları hərbçilərə hücum etdi: 6 yaralı

PKK terrorçuları hərbçilərə hücum etdi: 6 yaralı

Türkiyənin Hakkari vilayətinin Çuxur  rayonunda PKK terrorçularının hücumu nəticəsində 6 əsgər yaralanıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər  Hakkari Dövlət Xəstəxanasına göndərilib.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

0
7