Naməlum şəxs futbol azarkeşlərini güllələdi: 11 ölü, 16 yaralı

Naməlum şəxs futbol azarkeşlərini güllələdi: 11 ölü, 16 yaralı

Cənubi Sudanın paytaxtı Cuba şəhərində silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin açdığı atəş nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb.

İnsident futbol klubunda, azarkeşlər İngiltərə premyer-liqasının matçını izləyən zaman qeydə alınıb. Cinayətkar hadisə yerindən qaçıb.  Hadisənin motivləri müəyyənləşdirilir.

0
7