"Real Madrid" Ronaldu ilə müqaviləni 5 il müddətinə uzadıb

"Real Madrid" Ronaldu ilə müqaviləni 5 il müddətinə uzadıb

İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu komanda ilə müqaviləsini 2021-ci ilədək uzadıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat verib.

“Müqavilənin uzadılmasına həsr olunan rəsmi tədbir noyabrın 7-də baş tutacaq”, məlumatda qeyd edilib.

Müqavilənin detalları açıqlanmır. Qeyd edək ki, hazırda portuqaliyalının həftəlik qazancı 410 min avro təşkil edir.

0
6