ABŞ-ın Baş Qərargah rəisi Türkiyədədir

ABŞ-ın Baş Qərargah rəisi Türkiyədədir

Bu gün Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, görüş ABŞ tərəfinin təşəbbüsu ilə baş tutub.

Danışıqların detalları barədə məlumat verilmir.

Qeyd edək ki, J. Dunfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə Suriya Demokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə “Fərat qalxanı” əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır.

0
9