Siryada hökumət qoşunlarının zərbəsi nəticəsində 11 nəfər ölüb, 40 yaralanıb

Siryada hökumət qoşunlarının zərbəsi nəticəsində 11 nəfər ölüb, 40 yaralanıb

Bəşər Əsədə məxsus hərbi qüvvələr Suriyanın İdlib vilayətinin Əl-Dana yaşayış məntəqəsindəki bazara və orta məktəb binasına zərbələr endirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə İdlib səhra hospitalının işçiləri "Anadolu" agentliyinə xəbər veriblər.

Məlumata zərbələr nəticəsində 11 nəfər həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

Bundan əlavə, zərbələr zamanı azı 40 xəsarət alıb. Yaralılar səhra xəstəxanasına yerləşdiriliblər.

Hazırda Mülki Müdafiə İdarəsinin əməkdaşları yaralıları və həlak olanların meyitlərini dağıntılar arasından çıxarmağa çalışırlar.

0
8