Gəncədə ailənin 4 üzvünü avtomobil vurub

Gəncədə ailənin 4 üzvünü avtomobil vurub

Bu gün Gəncə şəhərində “VAZ 2105” markalı minik avtomobilinin Aygül Adgözəlova ilə bərabər həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elxan Binnətov və övladları - 6 yaşlı Validə və 7 yaşlı İsraili vurduğu məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambolator müalicəyə buraxılıblar. A. Adgözəlova isə müxtəlif dərəcəli xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdıra aparılır.

A.M.

0
11