İmişlidə 400 min manat dəyərində mağaza yanaraq külə döndü

İmişlidə 400 min manat dəyərində mağaza yanaraq külə döndü

İmişlidə ərzaq mağazası yanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi səhər saat 5.50 radələrində İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən mağazada baş verib.

Rayon sakini, Nəsirov Vilayət Əlibaba oğluna məxsus ümumi sahəsi 300 m² olan mağazanın yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları ilə birgə yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin versiyaya görə yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub.

Mağaza sahibinə 400 min manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

0
30