Quba-Rusiya yolunda iki piyada ölüb

Quba-Rusiya yolunda iki piyada ölüb

Bakı-Quba-Rusiya federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlı kişini maşın vurub. Hələlik ölən şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisəni törədən sürücü də hadisə yerindən qaçıb. İlkin ehtimala görə, piyadanı yük maşını vurub.

Daha bir hadisə isə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

A.M.

0
9