İŞİD-in mühasibi milyonlarla dollarla İraqdan qaçdı

İŞİD-in mühasibi milyonlarla dollarla İraqdan qaçdı

İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq  İraqın Naynava əyalətindən qaçıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.  

Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.

“Qruplaşmanın mühasibi  kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və  4 yüksək rütbəli komandir  milyonlarla dolları oğurlayaraq qaçıblar”, - deyə mənbə bildirib.  

Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib.  Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.    

0
4