Tripolidə 40 miqrantın meyiti tapıldı

Tripolidə  40 miqrantın meyiti tapıldı

Liviya paytaxtı Tripolinin sahilboyu hissəsində son bir həftə ərzində Avropaya yollanarkən dənizdə batmış  miqrantların 40-dək meyiti aşkarlanıb.  

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə AFR məlumat yayıb.

“Biz bu gün 6 meyit, ötən gün isə 8 meyit aşkarladıq. Beləliklə son bir həftədə Tripolinin sahillərində 40 miqrantın meyiti aşkarlanıb”, - deyə Qırmızı Xaç Beynəlxalq Komitəsinin Liviya üzrə nümayəndəliyindən bildirilib.

 

0
9