Klinton qərargahının noutbukları oğurlandı

Klinton qərargahının noutbukları oğurlandı

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton qərargahının əməkdaşlarının noutbukları oğurlanıb. APA-nın CBS telenalına istinadən verdiyi xəbərə görə, insident Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib.

Naməlum şəxslər tərəfindən avtomobildən oğurlanmış üç komputerdə Klintonun seçki kampaniyasına dair vacib məlumatların saxlanıldığı bildirilir.

Oğurluq  Hillari Klinton qərargahının əməkdaşlarının restoranda olduğu zaman baş verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

0
7