Medvedev: Rusiya-ABŞ münasibətləri “döşəmədən aşağı”dır

Medvedev: Rusiya-ABŞ münasibətləri “döşəmədən aşağı”dır

Rusiyanın baş naziri Dmitri Medvedev İsrailin İkinci telekanalına müsahibəsinə müsahibəsində  Rusiya-ABŞ münasibətlərinin ən aşağı nöqtəyə çatdığını bildirib.

Müsahibəyə dair maraqlı açıqlamalar Rusiya hökumətinin saytına dərc edilib.

“Açığı, biz hazırkı administrasiya, ABŞ rəhbəri Barak Obama ilə  təmas qurmağa başlayanda, mən heç ağlıma gətirməzdim ki, münasibətlər belə aşağı səviyyəyə enəcək”, - deyə Medvedev bildirib.  

“Təəssüflər olsun ki, Ukraynada baş verənlərə və Obama administrasiyasının səyləri əsasında münasibətlər  “döşəmədən  aşağı” səviyyəyə  düşüb. Bu bizim günahımız və seçimimiz deyil”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya bu münasibətlərin normal olmasında maraqlıdır.

0
12