IMF Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

IMF Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı, ÜDM) 2,4% azalacağını proqnozlaşdırır.

Oxu.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə IMF-in noyabrının 4-də dərc etdiyi icmalında deyilir.

Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.

Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq.

“Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər”.

IMF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.

S.B.

0
6