Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır – FOTO

Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır – FOTO

Rusiyanın Omsk vilayətində fərdi kolleksiyaçı bir şüşə mineral suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.

Oxu.Az Virtualaz.org-a istinaadən xəbər verir ki, “Omsk № 1” mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən şüşənin üzərində “Sovet Azərbaycanı-60 il” yazılıb.

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur.

“Hazırda iki şüşə belə su var. Ola bilsin ki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb” - kolleksiyaçı bildirir.

S.B.

0
7