Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb

Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.

Yaralıya lazımı tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

S.B.

0
7