“Cümhuriyyət” qəzetinin baş redaktoru və 8 əməkdaşı barədə MƏHKƏMƏ QƏRARI

“Cümhuriyyət” qəzetinin baş redaktoru və 8 əməkdaşı barədə MƏHKƏMƏ QƏRARI

Türkiyənin “Cümhuriyyət” qəzetinin rəhbər və yazarları haqqında başladılan istintaq çərçivəsində saxlanılan şəxslərdən 9 nəfər barəsində həbs qərarı çıxarılıb.

Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, FETÖ araşdırması ilə bağlı qəzetin baş redaktoru Murat Sabunçu da daxil olmaqla 9 nəfərin işi məhkəməyə sövq edilib. Məhkəmə onların həbsinə dair qərar çıxarıb.

Qəzetin baş mühasibi Günseli Özaltay və keçmiş baş mühasibi Bülent Yener ifadə verdikdən sonra xaricə çıxışları qadağan olunma şərti ilə sərbəst buraxılıblar.

Qeyd edək ki, FETÖ istintaqı çərçivəsində 31 oktyabrda başladılan əməliyyat zamanı 13 qəzet əməkdaşı  saxlanılmışdı.

0
4