Ermənilər ATV-nin operatorunu yaraladılar – FOTO

Ermənilər ATV-nin operatorunu yaraladılar – FOTO

Yaralıya ilkin tibbi yardım göstərilib.

Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttində növbəti dəfə təxribatlar yaradaraq atəşkəs rejimini pozub.

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan Televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.

Belə ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib. 

Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicəyə göndərilib. 

www.oxu.az

0
10