Rusiyada qızıl qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Rusiyada qızıl qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Rusiyanın hüquq-mühafizə orqanları Yakutiyanın Nerünqri şəhəri ərazisində xüsusi əməliyyat həyata keçirib.

Oxu.Az-ın məlumatına görə, APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində azərbaycanlıya məxsus “Mercedes Benz” markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildən dəyəri 1 mln. rubl, çəkisi isə 430 qram olan qızıl-zinət əşyası aşkarlanıb.

Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, həmyerlimiz qiymətli daşı qanunsuz olaraq Şimali Qafqaz regionuna aparmaq niyyətində idi.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
5