ABŞ-da naməlum şəxs tələbələrə bıçaqla hücum etdi

ABŞ-da naməlum şəxs tələbələrə bıçaqla hücum etdi

ABŞ-da universitetdə naməlum şəxs bıçaqla tələbələrə hücum edib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb.

Hadisə nəticəsində iki tələbə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İnsident Nyu-Cersi ştatında, Nyu-Bransuik şəhərində yerləşən universitetdə baş verib.

Hücum edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

0
5