Pentaqon “Əl-Qaidə” liderinin məhvini təsdiqlədi

Pentaqon “Əl-Qaidə” liderinin məhvini təsdiqlədi

Oktyabrın 23-də “Əl-Qaidə” terror qruplaşmasının Əfqanıstandakı liderlərindən biri Fərruh əl-Kətani məhv edilib.

APA-nın məlumatına görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

“Hazırda biz onun müavini Bilal əl-Mütaybinin hava zərbəsi nəticəsində sağ qalıb-qalmamasını araşdırırıq”, deyə P.Kuk bildirib.

Oktyabrın 27-də pilotsuz hərbi təyyarənin endirdiyi hava zərbəsi nəticəsində terrorçuların məhv edildiyinə dair məlumatlar yayılmışdı.

Qeyd edək ki, ABŞ 2001-ci ildə “Taliban” hərəkatı və “Əl-Qaidə” qruplaşması ilə mübarizə məqsədi ilə Əfqanıstana qoşun yeridib. ABŞ hərbçiləri 2014-cü ilədək Əfqanıstanı tərk etməli idilər, lakin  ölkə rəhbərliyi rəsmi Vaşinqtondan ordunun tam çıxarılmasının ləngidilməsini xahiş edib.

0
10