Səlahəddin Dəmirtaş həbsxanaya yerləşdirildi

Səlahəddin Dəmirtaş həbsxanaya yerləşdirildi

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş  İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.

S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.

0
10