Con Kerri Antarktidaya gedir

Con Kerri Antarktidaya gedir

ABŞ dövlət katibi Con Kerri Antarktidaya səfər edəcək.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Gələn həftə C.Kerri Ross adasında yerləşən ABŞ-a məxsus elmi-tədqiqat stansiyası və “Amundsen-Scott” stansiyasını ziyarət edəcək.

Səfər çərçivəsində dövlət katibi alimlərlə iqlim dəyişiklikliyi problemi və ekologiya məsələlərini müzakirə edəcək. Qeyd edək ki, Kerri Antarktidaya səfər edən ilk ABŞ dövlət katibi olacaq.

0
8