İnvestor və saç ustası “Brexit”i dayandırdı

İnvestor və saç ustası “Brexit”i dayandırdı

Londonun Ali Məhkəməsi Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxma prosesini nəzəri olaraq dayandıra biləcək qərar çıxarıb.

Oxu.Az Slon.ru-ya istinadən xəbər verir ki, məhkəmə bu qərarı yalnız parlamentin qəbul edə biləcəyi, hökumətin buna səlahiyyətinin çatmadığı qənaətinə gəlib.

Qərar Cina Miller və Deyr Dos Santos tərəfindən irəli sürülən və hökumətin bu proseduru başlamağa hüquqları olmadığı bildirilən iddia üzrə qəbul edilib.

Miller - əri ilə idarə etdiyi “SCM Direct” investisiya şirkətinin təsisçisidir. İddianı şərh edərkən o bəyan edib ki, parlament “Brexit”in nəticələrini, xüsusilə, təhsil və təhlükəsizlik üçün ciddi şəkildə dəyərləndirməlidir.

Dos Santos – saç ustasıdır, vəkilin sözlərinə görə, sadə oğlandır. Hüquqşünas bildirib ki, onun müştərisi “Brexit” keçirildiyi halda, “qanuni” olmasını istəyir.

Məhkəmə iddianı təmin edib. Əsas arqumentlərdən biri isə Aİ-dən çıxmaq Britaniya qanunlarında dəyişikliklərə səbəb olacaq, belə ki, ölkə daha öncə qəbul edilmiş Avropa sazişlərindən çıxmalıdır. Bu isə parlamentin səlahiyyətlərinə aiddir.

Parlamentin hansı qərarı qəbul edəcəyi məlum deyil. Deputatların əksəriyyəti “Brexit”in əksinədirlər. Amma onlar Aİ-dən çıxmağın lehinə səs verilən referendumun nəticələri ilə hesablaşmalıdırlar.

N.O.

www.oxu.az

0
9