Tanınmış xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Tanınmış xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) doğumundan 175 il ötür (1841-1927). O, ilk musiqi təhsilini “Qafqazın Konservatoriyası” adlandırılan Şuşada Xarrat Qulunun məktəbində almışdır.

Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış etmiş, muğamsevərlər arasında məşhurluq qazanmışdır. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.

A.S.

0
6