Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri olacaq – SİYAHI

Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri olacaq – SİYAHI

İxracın təşviqi məqsədi ilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.

Bu barədə İqtisadiyyat Nazirliyindən Oxu.Az-a bildirilib.

Bu prosesə öncə Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdən başlanacaq. İlk növbədə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət-iqtisadi nümayəndələri təyin olunacaq.

Ticarət-iqtisadi nümayəndələrə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status veriləcək.

U.A.

0
8