“Premium” markalı benzinin satışı bərpa olunacaq

“Premium” markalı benzinin satışı bərpa olunacaq

Ölkədə “Aİ-95” benzininin çatışmazlığı aradan qaldırıldı.Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son iki gün ərzində müşahidə olunan “Premium-95” markalı benzin çatışmazlığı məsələsini həll edib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Mənbənin sözlərinə görə, ölkədə “Premium-95” markalı benzin istehsal olunmadığı üçün onu xaricdən idxal etmək lazım gəlir. O, Azərbaycanda bu tip benzinə böyük tələbat olduğunu bildirərək, artıq ölkəyə yeni yanacaq partiyasının daxil olduğunu qeyd edib.

“Aİ-95” benzininin istifadəsi 2018-ci ilədək davam edəcək. Həmin tarixdən etibarən isə Bakıda “Avro-5” standartlı benzin istehsal olunacaq.

A.M.

0
10