İlqar Xəyal: Məni qışqırda-qışqırda qulağımı deşib sırğa taxdılar

İlqar Xəyal: Məni qışqırda-qışqırda qulağımı deşib sırğa taxdılar

“Yaxşı geyinən oğlanlardan biri olmuşam”.

Oxu.Az aznews.az-a istinadla xəbər verir ki, bu barədə ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan müğənni İlqar Xəyal deyib.

Sevilən ifaçı geyim zövqündən və gəncliyindən söz açıb:

“O vaxt cinslər çox bahalı idi. 1 aylıq maaşa - 200-300 manata cinslər alınırdı. Bundan da bəzi alverçilər yaxşı pullar qazanırdılar. Xarici ölkələrə gedəndə özüm oradan 15-20 dollara alıb gətirirdim. Yaxşı geyinən oğlanlardan biri olmuşam. Mənim əynimdəki geyimlərin hanısısa birinin üzərində emblem görəndə gülüş doğururdu. Sırğanı 22 yaşımda taxmağa başlamışam. O vaxta kimi mən də belə şey anlamamışam, “Sovetski”də böyümüşəm. Xarici səfərə çıxanda dedilər ki, görünüşünüz xaricilərə bənzəməlidir. Saç saxlamalısınız, sırğa taxmalısınız, açıq-saçıq geyinməlisiniz və s. Məni qışqırda-qışqırda qulağımı deşib, sırğa taxdılar”.

Tanınmış müğənni gənc vaxtlarında sırğa taxdığı üçün yaşadığı çətinliklərdən danışıb:

“Avropadan qayıdandan sonra isə oranın mentalitetinin təsirindən çıxmamış, metroya qulağımda sırğa ilə düşdüm. Metroda sakit oturduğum zaman bir xanım dedi ki, başımıza nələr gəlib, daha nələr görəcəyik. Çox utandım və o dəqiqə qapının ağzında durub düşmək üçün hazırlaşdım. Mən onunla mübahisə etmədim. Çünki ona başa sala bilməzdim axı mən yaxşı oğlanam, sən düşündüyün kimi deyiləm, “Sovetski”də böyümüşəm. Metrodan çıxan kimi sırğanı qulağımdan çıxartdım”.

A.S.

0
3