Millət vəkili şirkətini satdı

Millət vəkili şirkətini satdı

Milli Məclisin deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev “Avromed”in təsisçiliyindən imtina edib və səhmlərini satıb.

Oxu.Az “Bakupost.az”a istinadən xəbər verir ki, deputat səhmlərini satandan sonra şirkətin hüquqi statusu da dəyişib və şirkət MMC-dən Qapalı Səhmdar Cəmiyyətə çevrilib.

Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, “Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir.

U.A.

0
7