Əfqanıstanlı “Mona Liza” Pakistandan deportasiya edilir

Əfqanıstanlı “Mona Liza” Pakistandan deportasiya edilir

“National Geographic” jurnalının üz qabığından “Əfqan qız” kimi məşhur olan Şərbət Qula Pakistanda saxta pasportdan istifadə etdiyi üçün 15 gün müddətinə həbs cəzası alıb. Həbs cəzasının müddəti bitdikdən sonra o, vətənə deportasiya ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə noyabrın 4-də “The Express Tribune” məlumat yayıb.

Nəşrin məlumatına görə, qadın, həmçinin 110 min rupiyə (min dollara) yaxın cərimə də ödəməlidir.

Qula ölkədən qaçdıqdan sonra saxta sənədlərlə gizləndiyi Peşəvar şəhərində saxlanılıb. Qadına saxta səndələr verən məmur da saxlanılıb, amma o, zaminə buraxılıb.

Şərbət Qula təxminən 1972-ci ildə (dəqiq tarix məlum deyil) anadan olub. 1985-ci ildə onun amerikalı fotoqraf Stiv Makkari tərəfindən çəkilmiş şəkili “National Geographic” jurnalının üz qabığında yerləşdirilib. Bundan sonra portret intensiv şəkildə plakat və təqvimlərdə istifadə edilib. Hazırda dünyada ən çox yayılan şəkillərdən biri hesab edilir. Şəkildə olan qızın adı uzun müddət naməlum qalıb, onu çox zaman “Əfqanıstanlı Mona Liza” adlandırırdılar.

N.O.

www.oxu.az

0
3