Bakının mərkəzi küçələri bağlanır

Bakının mərkəzi küçələri bağlanır

NİİM sürücülərə xəbərdarlıq edib.

Aprelin 25-dən 27-dək Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi ilə bağlı paytaxtın bir sıra avtomobil yollarında avtomobillərin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində - Aeroport şossesi, Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Azadlıq prospekti, Mehdi Hüseyn, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Niyazi küçələrində, Azneft dairəsində, Nərimanov rayonu ərazisindəki bəzi küçələr, həmçinin, həmin marşrutla geriyə olan ərazilərdə mərkəzə doğru avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır.

0
16