Almaniyada terrorçuları vətəndaşlıqdan məhrum etmək təklif edildi

Almaniyada terrorçuları vətəndaşlıqdan məhrum etmək təklif edildi

Xaricdə terror fəaliyyətində iştirak edən Almaniya vətəndaşları, gələcəkdə vətəndaşlıqdan məhrum ola bilərlər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Almaniya Daxili İşlər Nazirliyi müvafiq qanun layihəsini hazırlayıb.

Ölkə konstitusiyasına görə, yalnız iki – alman və başqa bir ölkə pasportu olanları vətəndaşlıqdan məhrum etmək olar. Qanun layihəsi, ilk növbədə Suriya və İraq vətəndaşı olan və bu ölkələrə terror qruplaşmalar tərəfindən döyüşlərdə iştirak etmək üçün gedən almanlara aiddir.

Almaniya hüquq-mühafizə orqanı Orta və Yaxın Şərqə terror qruplaşmaların tərkibində döyüşmək üçün gedən 870 nəfərin olduğunu bildiriblər. Onlardan 100 nəfəri ikili vətəndaşlığa malikdir.

N.O.

www.oxu.az

0
4