Azərbaycanlı müğənni Türkiyədə 1 milyona soyundu - FOTO

Azərbaycanlı müğənni Türkiyədə 1 milyona soyundu - FOTO

Müğənni Afaq Aslan Türkiyədə filmə çəkilir.

Oxu.Az bu barədə Lent.az-a istinadla xəbər verir.

O bildirib ki, yeni rol aldığı filmdə açıq-saçıq səhnələr yer alıb:

“Xeyli vaxt idi ki, Azərbaycan və Türkiyədən film təklifləri alırdım. Amma onların bir çoxu ürəyimcə deyildi. Həm də yaradıcılıq işləri ilə bağlı Türkiyədə bir neçə müqavilə bağladım. Müqaviləyə əsasən, razılıq olmadan, mən yeni nəsə edə bilməzdim.

Xatırlayırsınızsa, mən açıqlama vermişdim ki, 1 milyon versələr, hansısa layihə üçün soyunaram. Bu açıqlamam çox müzakirə olundu. Hətta buna görə məni tənqid edənlər də oldu. Amma təxminən bu məbləğə yaxın bir qiymətə razı olub, Türkiyədə bir film üçün soyundum.

Öncədən deyim ki, bu film Azərbaycanda çox səs-küyə səbəb olacaq. Müqaviləyə görə, daha ətraflı açıqlama verə bilmərəm. Mən özümü bir aktrisa kimi də sınamaq istəyirəm. Kiminsə tənqidi mənim üçün önəmli deyil”.

A.Aslan onu da əlavə edib ki, yeni fotosessiya etdirib.

A.S.

0
7