KİV-in sorğusuna görə Tramp Klintonu geridə qoyur

KİV-in sorğusuna görə Tramp Klintonu geridə qoyur

“Los Angeles Times” qəzetinin sorğusu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın Demokratlar partiyasından olan rəqibi Hillari Klintonu geridə qoyduğunu göstərib. ABŞ prezidentliyinə seçkilərə isə cəmi dörd gün qalır.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Los Angeles Times”ın əsas bazası Kaliforniyada yerləşir, bu ştat ənənəvi olaraq demokratların tərəfdarları hesab edilir.

“Noyabrın 4-də Donald Trampa 47,5%, Hillari Klintona isə 42,5% seçici səs verməyə hazırdır”, - qəzetin məluamtında deyilir.

Yeni sorğuda 2094 nəfər iştirak edib. “Los Angeles Times” əvvəlki tədqiqatlarda opponentlərin nəticələrinin həddən artıq yaxın olduğu üçün kimin üstün olmasına dair bir söz deməyin mümkün olmadığını yazıb.

N.O.

www.oxu.az

0
7