Xalq artisti Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festivalı

Xalq artisti Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festivalı

16 oktyabr tarixində görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli, professor Ramiz Mustafayevin (1926-2008) anadan olmasının 90 ili tamam olur.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələmiş, 200-dən artıq xalq mahnısını xor üçün işləyib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin xoruna rəhbərlik edən sənətkar 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edib.

23-26 noyabr tarixində Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcəkdir. Festival çərçivəsində 23 noyabrda Azərbaycan Dövlət Mahnı Teatrında “Ötən illərin nəğmələri” mahnı gecəsi, 24-25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlərin keçirilməsi, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operasının premyerası nəzərdə tutulub.

A.S.

0
4