Türkiyədə “Facebook”, “Twitter”, “WhatsApp” və “YouTube”a giriş blok edildi

Türkiyədə “Facebook”, “Twitter”, “WhatsApp” və “YouTube”a giriş blok edildi

Türkiyənin senzura monitorinq qrupu “TurkeyBlocks” ölkədə “WhatsApp” messencerinin, “YouTube” videohostinqinin, eləcə də “Facebook” və “Twitter” sosial şəbəkələrinin blok edildiyi barədə məlumat yayıb.

Oxu.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, girişin noyabrın 4-də yerli vaxtla saat 01:20-də blok edildiyi dəqiqləşdirilib.

Hüquq-mühafizəçiləri “Instagram” sosial şəbəkəsinə də girişin məhdudlaşdırıldığını bildiriblər.

“TurkeyBlocks”da blok edilməni müxalif partiyası Türkiyə Xalqların Demokratik Partiyasının bir neçə liderinin saxlanılması və bu partiyanın Ankarada yerləşən qərargahında aparılan axtarışlarla əlaqələndiriblər.

N.O.

www.oxu.az

0
6