Azərbaycanda daha bir bank bağlanacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda daha bir bank bağlanacaq? – RƏSMİ AÇIQLAMA

“Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) gündəliyində bir və ya bir neçə bankın bağlanması yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MBNP-nın İdarə Heyətinin sədri Rüfət Aslanlı deyib.

“Bizim əsas məqsədimiz bütövlükdə maliyyə sektorunun dayanıqlılığına nail olmaqdır. Bu çərçivədə biz bir neçə bankın lisenziyasını geri çağırdıq və həmin banklarda qorunan əmanətlərin kompensasiya ödənişini apardıq. Əslində, bu banklarda lisenziyaların geri çağrılması məqsəd deyildi.

Bundan qabaq bank səhmdarları ilə onların çatışmayan kapitallarının bərpa edilməsi istiqamətində bir müddət iş aparıldı. Təəssüf ki, səhmdarlar sahib olduqları bankın müvafiq şəkildə kapitallaşmasını təmin edə bilmədilər”, - deyə R.Aslanlı bildirib.

Onun sözlərinə görə, bir neçə bankda kapital yetərsizliyi müşahidə edilirdi, amma onlar öz kaitallarını lazımi səviyyəyə çatdırmağı bacarıblar.

U.A.

www.oxu.az

0
5