Cənubi Koreya prezidenti ölkədəki qalmaqalla əlaqədar ifadə verməyə hazırdır

Cənubi Koreya prezidenti ölkədəki qalmaqalla əlaqədar ifadə verməyə hazırdır

Cənubi Koreya prezidenti Pak Kın Xe yenidən üzr istəyib və onun yaxın adamı olan Tsoy Sun Sil ilə əlaqədar qalmaqal üzrə ifadə verməyə hazır olduğunu bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, həqiqəti üzə çıxarmaq üçün administrasiya və katibliyə istintaqa fəal yardım etməyi tapşırıb və özü də ifadə verməyə hazırdır.

“Əgər lazım olarsa, prokurorluq tərəfindən istintaqa hazıram və hətta xüsusi araşdırmaya da razıyam”, - Pak Kın Xe televiziya ilə xalqa müraciətində bildirib.

İctimaiyyətin qalmaqalın müstəqil araşdırmasını təkid edəcəyi ehtimal edilir.

Qalmaqala səbəb prezidentin yaxın adamı Tsoy Sun Sil dövlət işlərinə müdaxilə, həmçinin də əlaqələrindən istifadə edərək qeyri-kommersiya fondlarının vəsaitinin mənimsəməsində şübhəli bilinir.

N.O.

www.oxu.az

0
5