Rüfət Aslanlı: Maliyyə bazarlarında əlavə islahat təşəbbüslərinə ehtiyac var

Rüfət Aslanlı: Maliyyə bazarlarında əlavə islahat təşəbbüslərinə ehtiyac var

“Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi (KBML) çərçivəsində görülmüş işlər nə dərəcədə uğurlu olsa da, maliyyə bazarları, eləcə də kapital bazarında əlavə islahat təşəbbüslərinə ehtiyac var”.

Oxu.Az xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri Rüfət Aslanlı bu gün Bakıda təşkil edilən konfransda çıxışı zamanı deyib.

“Bizim başqa təşəbbüslərimiz də olacaq. Amma hesab edirəm ki, bizim son beş il ərzində həmkarlarımızla birgə həyata keçirdiyimiz və əldə etdiyimiz nəticələr növbəti dövrdə yeni layihələrin həyata keçirilməsi üçün dəstək olacaq”.

U.A.

www.oxu.az

0
4