Rusiya Böyük Britaniyanın XİN-ə şikayət edib

Rusiya Böyük Britaniyanın XİN-ə şikayət edib

Rusiya səfirliyi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə etiraz notası yollayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin rəsmi saytında məlumat yayılıb.

“Britaniyada Rusiya diplomatik missiyası müvafiq quruma etiraz notası yollayıb”, - Rusiya səfirliyinin məlumatında deyilir.

Səfirlik qeyd edib ki, bir qrup nümayiş iştirakçısı diplomatik idarəyə girişə mane olublar. Onlar aksiya keçirərək səfirliyin girişi önünə maneken əli töküblər.

“Britaniya ərazisində yerləşən diplomatik missiyanın təhlükəsizliyinə real təhdid yaranıb”, - səfirlikdən bildiriblər və qeyd ediblər ki, idarənin telefon xətləri də blok edilib.

N.O.

www.oxu.az

0
9