ABŞ İrana qarşı sanksiyaların müddətini artırıb

ABŞ İrana qarşı sanksiyaların müddətini artırıb

ABŞ prezidenti Barak Obama noyabrın 3-də İrana qarşı ABŞ tərəfindən 1979-cu ildə tətbiq edilmiş sanksiyaların müddətinin bir il uzadılmasına qərar verib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Obamanın Ağ evin saytında dərc edilən məktubunda bildirilir.

“İran ilə münasibətlərimiz normal axara düşməyib... Bu səbəbdən də 1979-cu il noyabrın 14-də elan edilmiş sanksiyalar rejimi 2016-cı ilin noyabr ayından sonra da davam etməlidir. Bununla əlqədar mən İrana qarşı sanksiyalar rejiminin davam etdirilməsini qərara almışam”, - Obamanın məktubunda deyilir.

N.O.

www.oxu.az

0
5