Yerevanda sərnişin avtobusu partladı: Ölənlər var - YENİLƏNİB + VİDEO

Yerevanda sərnişin avtobusu partladı: Ölənlər var - YENİLƏNİB + VİDEO

İnsident Alabyan küçəsində baş verib.

İlkin məlumatlara görə, Yerevanın Alabyan küçəsindəki partlayış nəticəsində 2 nəfər həlak olub.

Oxu.Az-ın məlumatına görə, xəbəri News.am portalına FHN-in ictimaiyyətlə əlaqələr şəbəsinin rəisi Nana Qndoyan verib.

22:53

Ermənistanın paytaxtı Yerevan şəhərində axşam saatlarında sərnişin avtobusunda partlayış baş verib. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.  
 
İnsident yerli vaxtla saat 21.51-də (Bakı vaxtı ilə eynidir) Alabyan küçəsində baş verib.

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub. 

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

0
16