ABŞ YPG-yə qarşı Türkiyə ilə planlarını şərh etmir

ABŞ  YPG-yə qarşı Türkiyə ilə planlarını şərh etmir

Dövlət Departamenti  ABŞ və Türkiyənin Suriyanın Mənbic şəhərini İŞİD-dən azad etmiş YPG və PYD kürd silahlı qruplaşmalarını şəhəri tərk etməyə məcbur etmək planlarına dair mətbuatda yayılmış məlumatları şərh etmir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mar Toner deyib.

“Mən bu xəbərlərdən məlumatlıyam, lakin heç nəyi təsdiqləyə bilmərəm. Mən bununla bağlı hər-hansı cəhdlərin edilməsi barədə ilk dəfədir ki eşidirəm”, - deyə Toner bildirib.    

Toner qeyd edib ki,  Suriyadakı kürd silahlı qruplaşmaları İŞİD-ə qarşı koalisiyanın tərkib hissəsidir və ABŞ onlarla, habelə türklər və ərəblərlə uzun müddətdir ki əməkdaşlıq edir.

“Biz YPG-nin bəzi elementləri ilə bağlı Türkiyənin narahatlığını anlayırıq. Biz kürdlərdən xahiş etmişdik ki, Suriyanın şimalındakı bazaları ilə bağlı  öhdəliklərinə əməl etsinlər. Hələlik onlar üzərilərinə götürdükləri öhdəliklərə əməl edirlər. Kənardan belə  görünür”, - deyə Toner qeyd edib.

Bundan əvvəl Türkiyə PKK ilə əlaqəsi olan kürd silahlı qruplaşmalarından yayda nəzarətə götürdükləri Mənbic şəhərini tərk etməyi tələb edib.

0
4