Rusiya və ABŞ Suriyaya dair videokonfrans keçirib

Rusiya və ABŞ  Suriyaya dair videokonfrans keçirib

“Rusiya və ABŞ Müdafiə Nazirliklərinin nümayəndələri arasında Suriyadakı uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair videokonfrans keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

“Diskussiya konstruktiv olub, tərəflər Suriya üzərində uçuşların təhlükəsizliyinə dair memoranduma əməl olunmasının vacibliyini vurğulayıblar”, - deyə Kuk bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Suriyada uçuşların təhlükəsizliyi sahəsində bu yaxınlarda baş vermiş insidentlər müzakirə olunub.  

0
10