“Qarabağ” səfərdə PAOK-u məğlub etdi

“Qarabağ” səfərdə PAOK-u məğlub etdi

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, “J” qrupunda yer alan Azərbaycanın çempionu “Qarabağ” səfərdə Yunansıtanın PAOK klubunun qonağı olub.

Soloniki şəhərinin “Tumba” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesabla məğlub edib - 1:0.

Yeganə qolu matçın 69-cu dəqiqəsində Miçel vurub.

Bu qrupun digər qarşılaşmasında İtaliyanın “Fiorentona” klubu doğma meydanda Çexiyanın “Slovan” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Beləlilə, 4 turdan sonra “Fiorentona” 10 xalla birinci yerdə qərarlaşıb. Xallarının sayını 7-yə çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. PAOK 4 xalla 3-cü, “Slovan” isə 1 xalla sonuncu, dördüncüdür.

S.B.

0
11