Əfqanıstanda bombardmanda 30 dinc sakin ölüb

Əfqanıstanda bombardmanda 30 dinc sakin ölüb

NATO qüvvələrinin Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinə endirdiyi hava zərbələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 30 dinc sakin həyatını itirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, aviazərbələr Kunduzun mərkəzində əməliyyat aparan əfqan və amerikalı hərbçiləri "Taliban" hərəkatı yaraqlılarının mühasirəsindən xilas etmək məqsədi ilə endirilib.

Bundan bir qədər əvvəl isə taliblərlə toqquşma nəticəsində iki ABŞ hərbçisi ölüb.

Əfqanıstan hökuməti dinc sakinlərin zərbə altına düşməsinə səbəb kimi terrorçuların onların evlərindən sığınacaq kimi istifadə etmələrini göstərir. Yerli sakinlər aviazərbədən sonra etiraz aksiyası keçiriblər.

S.B.

0
8