Neftin qiyməti sürətlə ucuzlaşır

Neftin qiyməti sürətlə ucuzlaşır

Dünya bazarlarında qara qızılın qiyməti ucuzlaşmaqda davam edir.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,39% azalaraq 46,20 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,81% ucuzlaşaraq 44,52 dollar təşkil edib.

S.B.

0
6