“Azərpoçt”da yeni xidmət

“Azərpoçt”da yeni xidmət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC yeni sosial layihəyə başlayır.

Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və tapıldığı təqdirdə sənədi ala biləcəklər.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

S.B.

0
4