Cakartada xristian-qubernatora qarşı müsəlmanlar etiraza hazırlaşırlar

Cakartada xristian-qubernatora qarşı müsəlmanlar etiraza hazırlaşırlar

İndoneziya polisi ölkə paytaxtına zirehli texnika və əməkdaşlar yerləşdirib. Səbəb isə şəhər qubernatorunun Quranı təhqir etməsi ilə əlaqədar radikal müsəlmanların etiraz aksiyasının keçirilməsinə hazrılıqdır.

Oxu.Az RİA Novosti-yə istiandən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Hüquq-mühafizəçiləri bildiriblər ki, sosial şəbəkələrdəmüxtəlif hesablarda qubernator Basuki Çaxay Purnamaya qarşı zor tətbiq etməyə və onu öldürməyə dair “təxribat xarakterli bəyanatlar və təsvirlər dərc edilib”. Agentlik qeyd edir ki, qubernator etnik çinli, dini etiqadına görə isə xristiandır.

Agentlik qubernatorun konkret olaraq hansı bəyanatının narazıçılıq dalğasına səbəb olduğunu bildrimir. Amma Purnamanın öz ifadələrinə görə, üzr istədiyi bildirilib.

Hakimiyyət təxminən 18 min hərbçi və polislərin köməyi ilə elan edilmiş nümayişdə asayişi qorunmasını təmin edəcək. Agentliyin məlumatına görə, qubernatorun binası və prezident sarayı qarşısında zirehli texnika və silahlı adamlar durub.

Dini liderlərdən biri “İslam müdafiəçilərinin cəbhəsi” qrupunun lideri Həbib Riziek nümayişin dinc keçəcəyini iddi edib.

“Bu aksiya xrsitian və ya çinlilərə qarşı deyil”, - Həbib Riziek deyib. Agentlik bu qruplaşmanın 1999-cu ildə yaradıldığını və bir neçə hücum hadisəsinə aidiyyatı olduğunu bidlrib.

N.O.

www.oxu.az

0
5