“İçəri Şəhər” Estoniyanın beynəlxalq film festivalında

“İçəri Şəhər” Estoniyanın beynəlxalq film festivalında

“İçəri Şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 11-27 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallində keçiriləcək. Filmimiz festivalın “Forum” proqramında nümayiş etdiriləcək.

“İçəri Şəhər” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Bu barədə Oxu.Az-a kinostudiyadan bildirilib.

Qeyd edək ki, film Misirin 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov və Elmira Şabanova canlandırırlar.

A.S.

0
7